0

Yol təhlükəsizliyi sahəsində maarifləndirmə proqramı uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatının “Məcburi köçkün məktəb uşaqlarının yol təhlükəsizliyi sahəsində biliklərinin artırılması” layihəsi davam edir.IMG_2416

Məqsədi Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün məktəblərində yol təhlükəsizliyi üzrə keçirilən maarifləndirmə kampaniyaları vasitəsilə orada təhsil alan uşaqların bu sahədə biliklərinin artırılmasından və bununla da onların yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaqdan ibarət olan layihə çərçivəsində bir sıra mühüm işlər artıq yerinə yetirilmişdir...

Ətraflı
0

Yol hərəkəti iştirakçılarına reflektiv materiallar paylanır

IMG_7627

Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə“Həyat” Beynəlxalq Humanitar Təşkilatı və EASST (Təhlükəsiz və Davamlı Yollar üçün Şərq Aliyansı) tərəfindən icra olunan  “Təhlükəsiz Kəndlər” layihəsi davam etməkdədir.

Layihə Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan, Bərdə və Ağcabədi rayonlarında regional yolun üzərində yerləşən kəndlərdə həyata keçirilir. Hədəf nöqtələri kimi seçilən, Bəhramtəpə qəsəbəsi, Eyvazallar, Hacıəlili, Nərimankənd, Xocavənd, kəndlərində məktəblilər və kənd icmaları ilə görüşlər keçirilir, onların yol təhlükəsizliyi sahəsində bilikləri artırılır və onlara işıq əks etdirən jiletlər, heyvanların təhlükəsizliyini təmin etmək üçün onlara xüsusi reflektiv boyunluq paylanılır...

Ətraflı
0

Avtomobillərdə uşaq təhlükəsizlik oturacaqlarından istifadə qəza zamanı ölüm riskini 75% azaldır

Təəssüf ki, yol qəzalarnda ölənlərin sayı ildən-ilə artır. Ötən il yol qəzalarında ölənlərin sayı dünya üzrə 1,3 milyon nəfərdən çox olub. Azərbaycanda da yol qəzalarının sayında kəskin artım olması narahatlıq doğurur”.

Bunu virtualaz.org saytına açıqlamasında yol hərəkəti üzrə ekspert, “Həyat” təşkilatının sədri Azər Allahverənov deyib.

Ekspertin sözlərinə görə, yol qəzaları ilə bağlı proqnozlar açıqlanıb. Proqnozlara görə, 2030-cu ildə yol qəzalarında ölənlərin sayı ildə 2 milyona çatacaq: “Tədqiqatlar göstərir ki, Azərbaycanda yol qəzalarının sayı ilə yanaşı hadisələr nəticəsində ölənlərin də sayı artır.baby-in-child-restraint-three-img4

Dünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən yol qəzaları nəticəsində ö...

Ətraflı
0

Məcburi köçkün məktəblərində yol təhlükəsizliyi sahəsində maarifləndirmə proqramı icra olunur

mekteb sagirdler

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatının “Məcburi köçkün məktəb uşaqlarının yol təhlükəsizliyi sahəsində biliklərinin artırılması” layihəsi aprel ayının 1-dən başlamışdır. Müddəti 6 ay olan layihənin əsas məqsədi  Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün məktəblərində yol təhlükəsizliyi üzrə keçirilən maarifləndirmə kampaniyaları vasitəsilə orada təhsil alan uşaqların bu sahədə biliklərinin artırılmasından və bununla da onların yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaqdan ibarətdir.

Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində y...

Ətraflı
0

Uşaq oturacaqlarının təbliğatı davam edir

Bakı şəhərində aparılan sorğunun nəticələrinə görə, ailələrin yanlız 17%-i öz avtomobillərində təhlükəsizlik oturacaqlarından istifadə edirlər. Göstəricinin belə az olması bir sıra amillərlə bağlıdır. Belə ki, sorğu iştirakçılarının cavablarına əsasən onların oturacaqlardan istifadə etməməsi oturacaqların baha olması, bəzi avtomobillərin oturacaqların bərkidilməsi üçün uyğun olmaması və oturacaqların avtomobildə artıq yer tutması,  bunu lazımsız hesab etmələri səbəblərinə görədir. İcra olunan layihə çərçivəsində 40 ailə arasında aparılan təlimlərdən sonra müəyyən olunmuşdur ki, təhlükəsizlik oturacaqları haqda məlumat 64% artıb.10478279_10202086073455142_1118849650_n
Layihənin benefisiarları olan gənc ailələrdən başqa digər bir ...
Ətraflı